Şahdağ Quba & Truskavets Tibbi Sanatoriyası

Qubada “Shahdag Guba & Truskavets Medical Sanatorium” müasir müalicə-sanatoriya kompleksi açıldı Azərbaycanın ən səfalı bölgələrindən biri olan Qubada müasir sanatoriya-müalicə kompleksi istifadəyə verilib. “Shahdag Guba & Truskavets Medical Sanatorium” adlı bu müalicə-sanatoriya kompleksi Quba şəhərinin mərkəzində, Qudyalçayın sahilindəki səfalı guşədə, Nizami parkının yaxınlığında yerləşir. Orada vaxtilə, sovet dövründə “Şahdağ” adlı mehmanxana kompleksi fəaliyyət göstərirdi, indi isə həmin mehmanxana bir çox xəstəliklər üçün şəfa mənbəyi olan, ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş müalicə-sanatoriya kompleksinə çevrilib.

ƏTRAFLI

Müalicə-sanatoriya kompleksi iki korpusdan ibarətdir, hər korpusda 79 nömrə var və bu da eyni vaxtda 500-ə yaxın pasiyenti qəbul etməyə imkan verir.
“Shahdag Guba & Truskavets Medical Sanatorium”  müalicə-sanatoriya kompleksinin adındakı “Truskavets” sözü də təsadüfi deyil. Belə ki, Ukraynanın Karpat dağları ətəklərində yerləşən məşhur kurort şəhəri Truskavetslə Quba bir neçə il əvvəl qardaşlaşmış şəhərlər olublar. 2019-cu ildə isə Quba şəhəri ilə Ukraynanın Truskavets şəhəri arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında Müqavilə imzalanıb.
Lakin Qubadakı sanatoriya-müalicə mərkəzini Truskavetslə birləşdirən təkcə iki şəhər arasında qardaşlıq əlaqələri deyil. “Shahdag Guba & Truskavets Medical Sanatorium” sanatoriya-müalicə kompleksində Truskavetsdən gətirilmiş müalicə vannları qoyulub, Ukraynanın bu kurort şəhərinin müalicə sanatoriyalarının təcrübəsindən istifadə edilib.

View the embedded image gallery online at:
https://qubasanatorium.az/index.php/en/#sigProGalleria481769a4a9


“Shahdag Guba & Truskavets Medical Sanatorium” müalicə-sanatoriya kompleksi habelə Almaniya istehsalı olan ən müasir fizioterapiya avadanlıqları və cihazları ilə təchiz olunub. Bu kompleksdə endokrinoloji problemlərdən, şəkər xəstəliyindən, dayaq-hərəkət sistemi xəstəliklərindən əziyyət çəkənlər təcrübəli tibb personalının və həkimlərin sayəsində ixtisaslaşmış müalicə kursu keçə, eyni zamanda səfalı Quba təbiətinin gözəlliyindən zövq alaraq, təmiz dağ havasından udaraq komfort şəraitdə xoş istirahət edə bilərlər.
Kompleksdə bronxial astma kimi tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkənlər üçün xüsusi duz otağı da yerləşir. Bu, regionda ən güclü təsir imkanlarına malik olan duz otağıdır və orada xəstələr duz vannası prosedurunun tətbiqi ilə xüsusi müalicə kursu keçəcəklər. Habelə müalicə-sanatoriya kompleksində varikoz damarların genişlənməsindən əziyyət çəkənlər üçün xüsusi şabalıd vannları da qoyulub. Bu unikal müalicə metodu damar genişlənməsi problemlərinin aradan qaldırılmasında çox müsbət təsir göstərir.
Ümumən “Shahdag Guba & Truskavets Medical Sanatorium”  müalicə-sanatoriya kompleksi öz müştərilərinə aşağıdakı müalicə prosedurlarını və tibbi xidmətləri təklif edir:
-Fizioterapiya
-Şarko
-Su altı duş masajı
-Mineral vannalar(yod bron,kükürt,karboksi,azon,bitki )
-Hiriduterapiya
-Akapunktura
-Azekeret
-İynəvari duş
-Oturaq duş
-Masaj(su altı,seragen,tibbi müalicəvi)
-Maqnit terapiya
-Darsenval
-Duz otağı
-USM
-EXO-KQ
-Qanın ümumi analizi
-Təxirə salınmaz tibbi yardım
-Fito çaylar
-Parafin
-Türk hamamı
-SPA
-Fitnes

Donec vitae libero in mi lobortis placerat. Vivamus venenatis eleifend justo lobortis posuere. Integer vel imperdiet ipsum, vel bibendum enim. Suspendisse eu lorem eget magna aliquam imperdiet. Ut sed aliquam est. Suspendisse lobortis interdum nibh sollicitudin porta. Donec ac fermentum arcu. Nullam tempus porttitor orci tristique ullamcorper. Praesent vel ullamcorper magna. Ut consectetur sem ex, eget mollis risus faucibus a. Phasellus fringilla massa non felis ultrices ullamcorper nec a quam.

In hac habitasse platea dictumst. Mauris id dapibus orci. Ut vestibulum pulvinar lacus, et rutrum tellus tristique in. Curabitur euismod neque a leo semper, nec ornare ipsum commodo. Aenean sit amet lobortis sapien. Fusce accumsan porta lectus, quis tempus ipsum sodales a. Sed quam nunc, egestas in ligula in, congue ornare sem. Nullam maximus metus posuere tortor tristique, ac fringilla justo varius. Donec euismod odio ac sem sodales blandit. Nullam vitae mi et massa feugiat vehicula eu vel magna. Aliquam erat volutpat. Quisque libero quam, placerat at convallis sed, molestie et risus. Aliquam porta turpis eget sodales gravida.

STATISTIKA
Mütəxəssis
12
Prossedura
43
Müalicə növü
38
SEÇİLMİŞ XIDMƏTLƏR
FƏXRİ HƏKİMLƏRİMİZ
PROMO VIDEO
ƏLAQƏ
 ÜNVAN
Quba şəhəri, Vasif Qasımov küç. 66
Telefon
+994512050642
Sosial
. 
E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.