FİZİOTERAPEVTİK XİDMƏTLƏR
• Elektroforez (elektrik cərəyan vasitəsi ilə dərmanın orqanizm daxilinə yeridilməsi)
• Amplipuls (amplipuls terapiya dəri örtüklərinin, elektrod və nəm hidrofil araqatları vasitəsi ilə elektrik cərəyan ilə lokal təsir metodudur.)
• Tens Vacuum (hec bir pereparat istifadə etmədən,bədənin mübadilə prosesini aktivləşməsi üçün stimullasdırılması)
• Fonoforez (ultrasəs vasitəsi ilə zədələnməmiş dəri üzərindən bədən toxumalarına dərman vasitələrinin yeridilməsi )
• Limfodrenaj (bütün orqanizmdə qanın sirkulyasiyasını artıraraq kompleks müalicəni təmin edir, artıq maye və zərərli maddələrin orqanizmdən xaric edir)
• Maqnitoterapiya (Maqnitoterapiya- insan orqanizminə fasiləlı və aşağı tezlikli maqnit sahəsi ilə molekulyar səviyyədə təsir edərək hüceyrə daxilində maddələr mübadiləsini artırır, hüceyrə keçiriciliyini yaxşılaşdıraraq iltihab əleyhinə və.s təsir edir)
• UVÇ (UYT) (iltihab, virus və bakteriyaların yaratdığı hava-damcı xəstəliklərinin qarşısının alınması üçün istifadə olunur)
• Lazer terapiya (Lazerşüası insan bədəninin müxtəlif nahiyyələrində toxumadan asılı olaraq fərqli dərinliklərdən udularaq bərpa proseslərini sürətləndirir)
• Darsonval (orqanizmin səthi toxumalarına və selikli qişalarına yüksək tezlikli vƏ zəif dəyişən impulsiv cərəyanlarla təsirin göstərilməsidir)
• İnhalasiya (dərman maddələrinin nəfəs yolu ilə orqanizmə daxil edimləsi üsuludur.)
• Aromaterapiya (ətriyyat terapiyası fiziki və psixoloji sağlamlığın yaxşılaşdırılması üsuludur)
• Duz otağı ( duz zərrəcikləri səpilərək nəfəs alaraq aparılan terapiya üsuludur.)
• BEM (Bio enerji masaj) (orqanizmdə olan mənfi ionları dəf edərək müsbət ionlarla əvəz edir.)
• İnfraqırmızı Termo yorğan ( İQ şüalar dərinə nüfuz edərək qan damarlarını genişləndirir və periferik qan dövranını artırır. Oksigen və qidalı maddələrin toxumalara çatdırılması sürətlənir)
• Akapunktura (metal iynələrin təsiri ilə insan orqanizminin bioloji aktiv nöqtələrinə təsir etməklə aparılan müalicə metodudur)
• Proloterapiya (orqanizmin təbii sağaldıcı mexanizmlərini stimulyasiya edərək zəifləmiş nahiyyədə toxumanı yeniləyir)
• Tübaj (orqanizmin, əsasən də qaraciyərin, öd kisəsinin, öd yollarının təbii üsulla təmizlənməsidir)
• Hirudoterapiya (zəli ilə müalicə)
• Hicama (ORQANİZMDƏN zərərli maddələrin, toksinlərin qanla birlikdə çıxarılması məqsədi ilə tətbiq olunur )
• Zərbədalğa (enerjili şok dalğalarını bədənə ötürən bir müalicə üsuludur)
• Parafin (əridilmiş parafinin köməyi ilə istilik və applikasiyalar şəklində müalicə üsuludur ki, nəticədə toxumalar dərindən isinir)
• Ozokerit (istilik keçirmə və onu bədənə ötürmə qabiliyyətinə malik dağ mumu növüdür)
• Naftalan (aplikasiya şəklində)
• Karbon vannası (qaz vannasıdır. Qan dövranını və ürək-damar sistemini gücləndirir.)
• Seragem masaj (elektromasaj)
• Tibbi müalicəvi masaj
• Ozonoterapiya (ozon kapsula, qanın ozonlaşdırılması, rektal ozon, ozon torbalama)
• Traksiya (Dartma, ortopedik metod.)
• Gimnastika (sağlamlığın bərpası və ağrılardan azad olmağın ən təsirli yoludur)
