HİDROTERAPİYA (su terapiyası)
• İynəvari duş (sinir sitemi xəstəliklərində effektivdir)
• Oturaq duş (prostat və hemoroy xəstəliklərində effektivdir)
• Duş Şarko (qan-damar, limfa sistemini, toxumaların qidalanmasını və maddələr mübadiləsini yaxşılaşdırır)
• Sualtı duş masaj (müəyyən temperaturlu şlanqdan təzyiq altında su ilə masaj)
• Yod brom vanna ( metabolizm sürətlənir, iltihab əleyhinə, sedativ və ağrıkəsici effekt göstərir )
• Mineral duzlar ilə vanna (təbii və ya süni şəkildə hazırlanmış, tərkibində müxtəlif qazların, mikroelementlərin, bioloji aktivliyə malik maddələrin olduğu mienral su vannalarıdır.)
• Bitki ekstraktı ilə vanna (radikulitlərdə, artritlərdə, podaqrada, sinir sistemi xəstəliklərində, kürək, bel və çiyin ağrılarında tətbiq edilir.)
• Kükürd vannası (Dərinin sağlamlığını qorumaq, iltihabı azaltmaq və dərinin təmizlənməsinə kömək edir)
