Şahdağ Quba & Truskavets Tibbi Sanatoriyası

Qubada “Shahdag Guba & Truskavets Medical Sanatorium” müasir müalicə-sanatoriya kompleksi açıldı. Azərbaycanın ən səfalı bölgələrindən biri olan Qubada müasir sanatoriya-müalicə kompleksi istifadəyə verilib. “Shahdag Guba & Truskavets Medical Sanatorium” adlı bu müalicə-sanatoriya kompleksi Quba şəhərinin mərkəzində, Qudyalçayın sahilindəki səfalı guşədə, Nizami parkının yaxınlığında yerləşir. Orada vaxtilə, sovet dövründə “Şahdağ” adlı mehmanxana kompleksi fəaliyyət göstərirdi, indi isə həmin mehmanxana bir çox xəstəliklər üçün şəfa mənbəyi olan, ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş müalicə-sanatoriya kompleksinə çevrilib.

ƏTRAFLI

Müalicə-sanatoriya kompleksi iki korpusdan ibarətdir, hər korpusda 79 nömrə var və bu da eyni vaxtda 500-ə yaxın pasiyenti qəbul etməyə imkan verir.
“Shahdag Guba & Truskavets Medical Sanatorium”  müalicə-sanatoriya kompleksinin adındakı “Truskavets” sözü də təsadüfi deyil. Belə ki, Ukraynanın Karpat dağları ətəklərində yerləşən məşhur kurort şəhəri Truskavetslə Quba şəhəri bir neçə il əvvəl qardaşlaşmış şəhərlər olublar. 2019-cu ildə isə Quba şəhəri ilə Ukraynanın Truskavets şəhəri arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında Müqavilə imzalanıb.
Lakin Qubadakı sanatoriya-müalicə mərkəzini Truskavetslə birləşdirən təkcə iki şəhər arasında qardaşlıq əlaqələri deyil. “Shahdag Guba & Truskavets Medical Sanatorium” sanatoriya-müalicə kompleksində Truskavetsdən gətirilmiş müalicə vannları qoyulub, Ukraynanın bu kurort şəhərinin müalicə sanatoriyalarının təcrübəsindən istifadə edilib.

View the embedded image gallery online at:
https://qubasanatorium.az/index.php/az/#sigProGalleria481769a4a9


“Shahdag Guba & Truskavets Medical Sanatorium” müalicə-sanatoriya kompleksi habelə Almaniya istehsalı olan ən müasir fizioterapiya avadanlıqları və cihazları ilə təchiz olunub. Bu kompleksdə endokrinoloji problemlərdən, şəkər xəstəliyindən, dayaq-hərəkət sistemi xəstəliklərindən əziyyət çəkənlər təcrübəli tibb personalının və həkimlərin sayəsində ixtisaslaşmış müalicə kursu keçə, eyni zamanda səfalı Quba təbiətinin gözəlliyindən zövq alaraq, təmiz dağ havasından udaraq komfort şəraitdə xoş istirahət edə bilərlər.
Kompleksdə bronxial astma kimi tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkənlər üçün xüsusi duz otağı da yerləşir. Bu, regionda ən güclü təsir imkanlarına malik olan duz otağıdır və orada xəstələr duz vannası prosedurunun tətbiqi ilə xüsusi müalicə kursu keçəcəklər. Habelə müalicə-sanatoriya kompleksində varikoz damarların genişlənməsindən əziyyət çəkənlər üçün xüsusi şabalıd vannları da qoyulub. Bu unikal müalicə metodu damar genişlənməsi problemlərinin aradan qaldırılmasında çox müsbət təsir göstərir.
Ümumən “Shahdag Guba & Truskavets Medical Sanatorium”  müalicə-sanatoriya kompleksi öz müştərilərinə aşağıdakı müalicə prosedurlarını və tibbi xidmətləri təklif edir:
-Fizioterapiya
-Şarko
-Su altı duş masajı
-Mineral vannalar(yod bron,kükürt,karboksi,azon,bitki )
-Hiriduterapiya
-Akapunktura
-Azekeret
-İynəvari duş
-Oturaq duş
-Masaj(su altı,seragen,tibbi müalicəvi)
-Maqnit terapiya
-Darsenval
-Duz otağı
-USM
-EXO-KQ
-Qanın ümumi analizi
-Təxirə salınmaz tibbi yardım
-Fito çaylar
-Parafin
-Türk hamamı
-SPA
-Fitnes

XİDMƏTLƏR
OTAQLAR
HƏKİMLƏR
VIDEO
ƏLAQƏ
 ÜNVAN

VÖEN: 2001975481

Şirkətin adı: Aqrolayn Qrup MMC

Bakı şəhəri, Xətai r-nu, Nəcəfqulu Rəfiyev küç, ev 11, mənzil 10

TELEFON
+994 (51) 205-06-42
+994 (50) 666-60-44
+994 (50) 252-22-56

 

SOSİAL
Facebook:
shahdag.quba.truskavets
İnstagram:
shahdag.quba.truskavets 
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.